Avtolizinq


Lizinq nədir ? 
Lizinq maliyyə icarəsi formasıdır və hər hansı bir avadanlığın və ya əmlakın lizinq şirkəti tərəfindən satın alınaraq lizinq alana razılaşdırılmış müddətə istifadəyə (icarəyə) verilməsidir. Müqavilə müddəti bitdikdən sonra əmlak lizinq şirkətinin razılığı ilə qalıq dəyəri ödənilməklə lizinq alanın mülkiyyətinə keçir..  
 
Lizinq vasitəsilə isə hər hansı bir avadanlıq aldığınız zaman sizdən bankla müqayisədə çox az sənədlər tələb olunacaqdır. Siz də həmin əmlaka sahib olacaqsınız və sadəcə hər ay onun haqqını ödəməli olacaqsınız. Sənədlərin tələb olunmamasının səbəbi isə aldığınız əşyanın sənədləri şirkətin adına qalacağı ilə bağlıdır. Daha sonra siz borcunuzu ödədiyiniz zaman həmin avadanlıq sizin şəxsi mülkiyyətiniz hesab olunacaqdır və bağlanılan lizinq sazişləri əsasən uzunmüddətli olaraq bağlanılır.
 
Lizinq müqaviləsinin qaydalarına uyğun olaraq lizinq verən əmlakı göndərməyi gecikdirməyə və ya göndərməməyə, habelə qüsurlu əmlak göndərməyə görə lizinq alan qarşısında məsuliyyət daşıyır.
 
Nəğd alışla müqayisədə lizinqin üstünlükləri:
  • Lizinq ödəmələri ƏDV-yə cəlb olunmur.
  • Uzun müddət ərzində borcun qaytarılması
  • Ödənişlərin dəqiq olması
  • Aşağı faiz dəyərinin olması
  • İnvestisiya qoyuluşlarını 100 % maliyyələşdirir. Belə ki, nəqliyyat, vergi, sığorta, montaj və digər xərclər bütövlükdə Lizinqlə maliyyələşdirilə bilər.
  • Lizinq avadanlığı lizinq şirkətinin mülkiyyətində olduğundan, bank kreditlərindən fərqli olaraq adətən müştərilərindən əlavə girov tələb etmir.
  • Lizinq ödəmələri tamamilə xərclərə aid edilir.
  • Lizinqdə əmlakın sürətli amortizasiyası üçün iki qat koefisientinin tətbiqi mümkündür. Bu da öz növbəsində, investisiya qoyuluşu mərhələsində vergilərinizi böyük ölçüdə azaldır.
  • Lizinqdə bütün ödənişləriniz nəğd vəsaitlərinizin axımına uyğunlaşdırılır və maliyyə ehtiyacı hissetmədən uzun müddətə geri ödəmə imkanı əldə edirsiniz.
  • Lizinqdə investisiyanız özü özünü maliyyələşdirir. Belə ki, lizinq ödənişlərini investisiya qoyuluşundan əldə edəcəyiniz gəlirlə həyata keçirəcəksiniz.